Mingəçevirdə silah-sursat aşkarlanıb.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının son 2 gün ərzində keçirdiyi əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd qumbara, 90 ədəd avtomat patronu və 4 ov tüfəngi aşkar edilərək götürülüb.
Bu barədə “İNFONEWS”-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində isə şəhər sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.