Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunda 30-dan çox gənclər təşkilatı iştirak edir.
Forum Ulu Öndər Heydər Əliyev irsinin, onun gənclərə olan münasibəti və dövlətçilik naminə gördüyü işlərin təbliği baxımından olduqca önəmlidir.
“İNFONEWS”xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifələrini müvəqqəti icra edən Qədir Xəlilov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumunda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda forumda 3 mindən çox könüllü iştirak edir: “Türk dövləti könüllülər təşkilatlarını da buraya dəvət etmişik. Onlar da Azərbaycan gəncləri ilə birlikdədirlər və ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bizimlə birlikdə iştirak edirlər.
Bunu da qeyd etmək yerinə düşər ki, BMT-nin dünya üzrə könüllülük həftəsini ən yaxşı təşkil edən ölkələr sırasında Azərbaycan 7 ölkədən biridir. Könüllülük həftəsində Ulu Öndərin 5 əsas prinsipi əsasında mövzular hazırlanıb və gənclərə aşılanıb”.