Qeyri-sabit hava şəraiti dekabrın 14-ü axşamadək davam edəcək.
“İNFONEWS” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Şimal küləyi 14-də arabir 15-18 metr/saniyəyədək güclənəcək.
Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının intensiv olacağı ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.