Qubada narkotikin təsiri altında avtomobil idarə edən 86 sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan “İNFONEWS”-a verilən xəbərə görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı son 4 ay ərzində rayon ərazisində narkotik vasitənin təsiri altında avtomobil idarə edən 86 nəfər saxlanılıb.
Bütün faktlarla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış xüsusatlar baxılması üçün Quba rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində qanunamüvafiq tədbir görülüb.