Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.
Müdafiə Nazirliyindən “İNFONEWS”-a bildirilib ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər.