Bakıda avtomobildən 38 min manatlıq qızıl oğurlanıb

Bakıda avtomobildən xeyli miqdarda qızıl oğurlanıb.

DİN-dən “İNFONEWS”-a verilən xəbərə görə, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir