Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub.

“İNFONEWS” xəbər verir ki, bu barədə Ermənistan Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, Tavuş bölgəsinin bir sıra şəhərlərində və kəndlərində 3 bal gücündə zəlzələ hiss olunub.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68 km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir