“Şahdəniz-2” üzrə 16 quyu tamamlanıb

“Şahdəniz-2” üzrə 16 quyu tamamlanıb

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

2020-ci ildə “Şahdəniz-2” layihəsi üzrə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, “İstiqlal” qazma qurğusu “SDF03” quyusunda sualtı tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDF05” quyusunu bitirərək konservasiya edib və “SDH03” quyusunun alt hissəsini qazmağa başlayıb.

Bu iki qurğu “Şahdəniz-2”dən hasilat və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-nı tamamlayıb – yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb. Qərb cinahın cənub hissəsində 2 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir