ASCO-nun yeni istiqrazlarına abunə yazılışı başlayıb

ASCO-nun yeni istiqrazlarına abunə yazılışı başlayıb.

Bu gündən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 50 milyon ABŞ dolları olan yeni istiqrazlarına abunə yazılışı başlayıb.

“İNFONEWS” xəbər verir ki, proses fevralın 18-nə qədər davam edəcək.

Xatırladaq ki, “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 50 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər yarım illik ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları investorlardan geri almaq öhdəliyi yoxdur, lakin istiqrazların tədavül müddətinə 2 il qalmış, emitent istiqrazları nominal dəyərlə investorlardan geri almaq hüququ qazanır.

Xatırladaq ki, ASCO bu il martın 3-də eyni şərtlərlə 100 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirib. Qiymətli kağızlara 113,997 milyon ABŞ dolları dəyərində 125 sifariş verilib. Sifarişlərin 89,1 %-i hüquqi şəxslərə, 10,9 %-i isə fiziki şəxslərə məxsus olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir