AYNA: “Bakıda sərnişin avtobuslarının sayı normadan azdır”
2022-ci il sentyabrın 15-nə olan məlumata görə, Bakıda xəttə çıxmalı olan sərnişin avtobuslarının sayı 2 244 əvəzinə 1 730 olub.
“İNFONEWS” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən ilin statistik rəqəmləri göstərib ki, daşıyıcılardan 5-nin avtobus parkının orta yaxşı 7 il, qalan 22-nin isə 12 il olub.
“Azərbaycanda avtobus parkı köhnə olan daşıyıcıların sayı çoxdur. Vəziyyətdən çıxış yolu kimi bu il 270 yeni avtobus xətlərə cəlb edilir”, – deyə o qeyd edib.