Rektor “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb

Rektor “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) üç tələbəsi – Riyaziyyat fakültəsinin II kurs tələbəsi Zümrüd Cəbrayıl qızı Tağızadə, “SABAH” qruplarının IV kurs tələbəsi Nuray Məhər qızı Məmmədova və İbtidai təhsil fakültəsinin IV kurs tələbəsi Ləman Mehti qızı Rzazadə Prezident İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

“İNFONEWS” – a ADPU-dan verilən məlumatına görə, dekabrın 19-da rektor Cəfər Cəfərov “Heydər Əliyev adına təqaüd”ə layiq görülən tələbələrlə görüşüb.

Rektor vurğulayıb ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan bu mötəbər mükafata layiq görülmələri universitetin və onların həyatında əlamətdar hadisədir. Eyni zamanda, bu yüksək mükafat tələbələri yeni-yeni nailiyyətlər əldə etməyə, ixtisaslarının dərinliklərini və innovativ yanaşmaları mənimsəmək və tətbiq etmək yolunda durmadan çalışmağa sövq edən motivasiya mənbəyidir. Elmin və təhsilin inkişafı, gənclərin hər bir sahədə dəstəklənməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dayanıqlı inkişaf siyasətinin əsas xətlərindəndir.

Təqaüdə layiq görülən tələbələr öz təəssüratlarını bölüşərək onların əməyinə verilən bu ali dəyərə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriliblər. Tələbələr əzmlə çalışacaqlarını, onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

İlk dəfə təqdim edilən və 3000 manat dəyərindəki “Heydər Əliyev adına təqaüd” ölkə üzrə bakalavriat səviyyəsində təhsil alan və ən yüksək təhsil göstəriciləri olan 100 tələbəyə birdəfəlik qaydada verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir