Ukrayna və ABŞ rəsmiləri Kiyevin müharibədə prioritetlərini müəyyənləşdiriblər.
ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Kiyevdə səfərdədir.
“İNFONEWS” xəbər verir ki, bu barədə ABŞ rəsmisi ilə görüş keçirən Ukraynanın müdafiə naziri Rüstəm Umerov “X”də yazıb.
Rəsmilər döyüş meydanındakı mövcud durumu müzakirə ediblər.
Qeyd olunub ki, əsas prioritetlər döyüş sursatlarının, o cümlədən yeni texnologiyaların və dronların istehsalıdır.
“Biz müştərək müdafiə zavodlarına sərmayə qoymağa və birbaşa müqavilələr vasitəsilə ABŞ şirkətlərindən silah və hərbi texnika almağa hazırıq”, – R.Umerov yazıb.