Son bir il ərzində gömrük rəsmiləşdirilməsi sayəsində aparılan islahatlar nəticəsində gömrük rəsmiləşdirilməsi asanlaşıb.
“İNFONEWS” xəbər verir ki, bunu Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, aparılan təhlillər nəticəsində müəyyən edilib ki, ümumi əməliyyatlatın 65% aşağı risk qruplu əməliyyatlardır. İstər aşağı, istər orta və yuxarı risk qrupuna daxil olan əməliyyatların rəsmiləşdirilmə müddəti eynidir.