Xaçmazda qanunsuz ağac emalı aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən “İNFONEWS” a verilən xəbərə görə, dekabrın 14-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xaçmaz rayonu ərazisində keçirdikləri tədbirlərlə Nərəcan və Qaraqurdlu kəndləri ərazisində fəaliyyət göstərən iki sexdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması faktları aşkar edilib.
Xaçmaz Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir