İsrail ordusu Livanın cənubundakı məntəqələri atəşə tutub

İsrail ordusu Livanın cənubundakı məntəqələri artilleriyadan atəşə tutub.

“İNFONEWS” “The Times of İsrail” ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirib.

Qeyd olunub ki, hazırda tərəflər arasında atışma davam edir.

Xatırladaq ki, İsrail Müdafiə Ordusunun adı açıqlanmayan rəsmisi dekabrın 18-də Livandakı Hizbullah qruplaşmasına qarşı quru əməliyyatlarının başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, İsraillə HƏMAS arasında savaş bu il oktyabrın 7-də başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir