ABŞ və Danimarka ikitərəfli hərbi əməkdaşlıq haqqında saziş imzalayıb.
“İNFONEWS” TV2 telekanalına istinadən xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette-Frederiksen bildirib.
Onun sözlərinə görə, ABŞ və NATO İkinci Dünya müharibəsindən bəri Danimarkanın təhlükəsizliyinin zəmanətçisi olaraq qalır: “Saziş yeni bir irəliləyişə işarə edir. Bu o deməkdir ki, ABŞ əsgərləri və texnikası Danimarka ərazisində daimi yerləşdirilə bilər”.
Qeyd edək ki, ötən gün ABŞ analoji sazişi Finlandiya ilə imzalayıb.