Avropada elektrik və hibrit avtomobillərin satışı sürətlə artır
“İNFONEWS” xəbər verir.
Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) 2020-ci ildə Aİ (Avropa İttifaqı) ölkələrində yanacaq növləri üzrə avtomobil satış məlumatlarını araşdırıb.
Nəticələrə əsasən, 2020-ci ildə Aİ ölkələrində satılan avtomobillərin 47,5 faizi benzin, 28 faizi dizel, 11,9 faizi hibrid, 10,5 faizi elektrik və 2,1 faizi alternativ yanacaq istifadə edilənlər olub.
Aİ ölkələrində 2019-cu ildə benzinlə işləyən avtomobil satışları 7 514 812 idisə, 2020-ci ildə 37,3 faiz azalaraq, 4 713 778-ə düşüb.
Eynilə dizellə işləyən avtomobillərinin satışları 2019-cu ildəki 4 106 951-dən 32,3 azalaraq, 2020-ci ildə 2 778 817 olub.
2019-cu ildə 742 084 ədəd hibrid avtomobilin satışı 2020-ci ildə 59,4 faiz artaraq, 1 182 792-yə çatıb.
Tam elektrikli avtomobillərin (BEV) satışları 117,4 faiz artaraq, 2019-cu ildəki 247 854-dən, 2020-ci ildə 538 772-yə qalxıb.
2020-ci ildə elektrik və hibrid avtomobillərin satışı artaraq ümumi bazarda payı 22,4 faizə çatıb.