Qalant: HƏMAS yalnız gücü başa düşür

Qalant: HƏMAS yalnız gücü başa düşür.

Müdafiə naziri Yoav Qalant İsrail Müdafiə Qüvvələrinin Qəzzada quru əməliyyatı zamanı əldə etdiyi nailiyyətlərdən danışıb.

“İNFONEWS”-ün məlumatına görə, bu, baş nazir Benyamin Netanyahu və nazir Benni Qantzla birgə mətbuat konfransı zamanı baş verib.

“Biz tunellərə giririk, həm yeraltı, həm də yerüstü fəaliyyət göstəririk. Bu təzyiq 110 girovu geri gətirməklə nəticələndi. Bu isə o deməkdir ki, HƏMAS yalnız güc dilini başa düşür”, – o qeyd edib.

Nazirin sözlərinə görə, ordu quru əməliyyatına başlamasaydı, bunların heç biri baş verməzdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir