Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alanlar Bakıda “Bona Dea” Hospitalına yerləşdiriliblər.
“İNFONEWS” xəbər verir ki, Hospitalın baş həkimi Cabir Gülmalıyev deyib ki, günorta saatlarında 6 nəfər avtoqəza keçirmiş PFL komandasının xəsarət almış üzvləri xəstəxanaya aparılıblar:
“Onlardan Elxan Səmədov və Aslan Şahgəldiyevin vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyat olunacaqlar. Digər xəstələrə ilkin tibbi müdaxilə olunub və vəziyyətləri stabildir. Stasionara yatırılıblar”.
Qeyd edək ki, mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Zaur Hacıməhərrəmov icraçı direktor, Elgiz Abbasov texniki-idman direktoru, Sənan Abdullayev media və marketinq direktoru, Rasim Qafarlı isə sürücüdür.