Seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq

07 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir. XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib.

Dövlət Xidmətindən “İNFONEWS” a verilən xəbərə görə, müzakirələrdə Mərkəzi Seçki Kommisiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.

İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir