MSK sədri: Xankəndidən bizə birinci hansı KİV seçki prosesi barədə məlumat versə, ona mükafat verəcəyik

Xankəndidən bizə birinci hansı KİV seçki prosesi barədə məlumat versə, MSK adına ona mükafat verəcəyik”.

“İNFONEWS” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Şuşa, digər yerlər öz yerində, amma Xankəndidən ilk hansı TV bizə seçki prosesi barədə ilk məlumatı versə, ona xüsusi mükafat təsis edəcəyik:

“MSK nümayəndə heyətini seçkilərlə bağlı azad edilmiş ərazilərə göndərmişik, bizə Ağalıda hansı binalarda məntəqələr olacağını göndəriblər. Xankəndidə isə məhz Prezidentin olduğu həmin o binada seçicilər səs verəcək. İlk orada səs verən, orada ilk 18 yaşı tamam olaraq səs verən vətəndaşı da tarixə salacağıq. Gözəl tarix yaşayırıq. KİV-lər azad edilmiş ərazilərdəki seçkiləri daha yaxşı işıqlandırmalıdır. Dünya bilməlidir ki, artıq Azərbaycan xalqı orada oturuşub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir