Bakıda və Abşeron yarımadasında sekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “İNFONEWS” a verilən xəbərə görə, yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.