2023-cü il 18 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçiriləcək.
“İNFONEWS” xəbər verir ki, iclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.