FIFA yeni klub turnirinin yaradıldığını açıqlayıb

Beynəlxalq Futbol Federasiyası (FIFA) gələn yaydan etibarən həyata keçiriləcək yeni turniri açıqlayıb.

“İNFONEWS” xəbər verir ki, bu Qitələrarası Kubok adlanacaq.

Turnirdə bütün konfederasiyaların çempionları iştirak edəcək.

“FIFA Intercontinental Cup” adlanan turnirdə Asiya, Avropa və Amerika komandaları mübarizə aparacaq.

Elan edilmiş formata əsasən, finala qədər 3 tur olacaq.

“A” mərhələsində Asiya Çempionlar Liqasının qalibi və ya Afrika Çempionlar Liqasının qalibi Avstraliya və Okeaniya Çempionlar Liqasının çempionu ilə qarşılaşacaq.

Bu görüşdə qalib gələn komanda Asiya Çempionlar Liqasının çempionu və ya Afrika Çempionlar Liqasının çempionu ilə (hansı ki, əvvəlki turda oynamayıb) qarşılaşacaq.

Onlar “B” mərhələsinə yüksələcək və Şimali, Mərkəzi Amerika Çempionlar Liqasının çempionu Libertadores çempionu ilə qarşılaşacaq.

“A” və “B” mərhələlərində qalib gələn komandalar 14 dekabr 2024-cü ildə qarşılaşacaqlar.

Bu mərhələnin qalibi UEFA Çempionlar Liqasının qalibi ilə 2024-cü il dekabrın 18-də qarşılaşacaq.

Yarışda 6 konfederasiyadan 32 komanda iştirak edəcək. 4 komandadan ibarət 8 qrup olacaq. Komandalar tək matçda qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir