Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
“İNFONEWS” xəbər verir ki, Fazil Mustafa sənədləri bu gün MSK-ya təqdim edilib.
Qeyd edək ki, dekabrın 16-da Böyük Quruluş Partiyasının Ali Məclisi partiya sədri Fazil Mustafanın prezidentliyə namizədliyini irəli sürüb.
Xatırladaq ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.