Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçicilərə çağırış edib.
“İNFONEWS” xəbər verir ki, MSK sədri bütün Azərbaycan vətəndaşlarını seçkidə aktiv iştirak etməyə səsləyib:
“Hər bir seçki hüququ olan Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, seçkilərdə iştirak etməlidir. Bizim üçün hərbçinin, cəzaçəkmə müəssisəsində olan məhbusun heç bir fərqi yoxdur. Bizim üçün, sadəcə, seçici var. Hüququ olan seçici öz hüququnu həyata keçirməlidir”.