Qətər və Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparılır

Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəsin mümkünlüyü ilə bağlı intensiv danışıqlar aparılır.

“İNFONEWS” xəbər verir ki, bu barədə “Reuters” danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, tərəflər yeni atəşkəs çərçivəsində HƏMAS-ın İsrailin fələstinli məhbusları azad etməsi müqabilində israilli girovlarının bir qismini geri qaytarması ehtimalını müzakirə edirlər. Azad ediləcək şəxslərin sayı hələ də müzakirə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir