Təhlükəsizlik qüvvələri Bosniya və Herseqovina məhkəməsinin sədri Ranko Debeveçi və Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin sabiq rəhbəri Osman Mehmedaqiçi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilərək saxlayıb.
“İNFONEWS” xəbər verir ki, Bosniya və Herseqovinanın Baş prokuroru Milanko Kayqaniç R.Debeveç və O.Mehmedaqiçin prokurorluğun tələbi ilə saxlanıldığını bildirib. Qeyd edib ki, onların saxlanmalarına səbəb vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə dair sübutların olmasıdır. R.Debeveç və O.Mehmedaqiçin 2020-ci ildə Bosniya və Herseqovina məhkəməsinin hakimlərinin və prokurorluq əməkdaşlarının telefonlarını qanunsuz dinlədikləri üzə çıxıb.
Şübhəlilərin siyasi partiya və ya dövlət məmurlarının telefonlarını dinlədiyinə dair hər hansı dəlilin olmadığı, lakin bütün kəşfiyyat məlumatlarının qiymətləndiriləcəyi bildirilib.