BDU Elmi kitabxanasından növbəti kitab bağışlama aksiyası

BDU Elmi kitabxanasından növbəti kitab bağışlama aksiyası

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanası “Naxçıvan” Universitetinin Elmi kitabxanasına 200 nüsxə kitab hədiyyə edib.

“İNFONEWS” -a BDU-dan verilən məlumata görə, kitabxananın Mübadilə-ehtiyat fondundan “Naxçıvan” Universitetinin tələbə, müəllim və professor heyətinin daha çox ehtiyac duyduqları “Klassik Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan antologiyaları”, “Ədəbiyyat antologiyaları”, “Dünya ədəbiyyatı”, “Dünya ədəbiyyatı klassikləri”, “Dünya uşaq ədəbiyyatı” kimi seriyalarda nəşr olunan kitablar seçilərək hədiyyə olunub.

Hədiyyə edilən ədəbiyyatların içərisində Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən iki cilddən ibarət “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” adlı fundamental soraq nəşri də yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir