Audiovizual Şuradan televiziya proqramlarının məzmununa görə bölgüsü AÇIQLAMA

Audiovizual Şuradan televiziya proqramlarının məzmununa görə bölgüsü AÇIQLAMA

Azərbaycan Respublikası Audiovizual Şurası 2023-cü ilin noyabr ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə bölgüsünü açıqlayıb.

“İNFONEWS”– un Şuradan əldə etdiyi məlumatına görə, proqram bölgüsü səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan verilişləri əhatə edib.

Həmin müddət aralığında yayımlanan verilişlər içərisində informasiya və analitik proqramların efirdə payı 25 faiz təşkil edib. Həmçinin reklam və sponsor təqdimatları 16,60 faiz, idman proqramları 15,30 faiz, musiqi və əyləncə janrında olan proqramlar 12,1 faiz, mədəni-maarif janrında proqramların isə efirdəki yeri 9,70 faiz təşkil edib. Məzmun bölgüsündə ən az paya malik olan proqramlar isə 0,4 faizlə uşaq proqramları olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir