İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi regional konfransda təmsil edilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi regional konfransda təmsil edilib

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi regionda fəaliyyət göstərən tərəfdaş işəgötürən şirkətlərin nümayəndələrinin iştirakı ilə regional konfransda təmsil edilib.

“İNFONEWS” -a Mərkəzdən verilən məlumata görə, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi regionda fəaliyyət göstərən tərəfdaş işəgötürən şirkətlərin nümayəndələrinin iştirakı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən regional konfransda təmsil edilib.

Konfransda işəgötürən müəssisələrin nümayəndələri kimi İsmayıllı rayonunda fəaliyyət göstərən “Basqal” İstirahət Kompleksinin direktor müavini Orxan Heydərov, Castle Resort-Spa Hotelin icraçı direktoru Hikmət Əliyev, İsmayıllı Resort Hotelin icraçı direktoru Anar İsrafilov, Azza Aqro MMC-nin İsmayıllı filialının icraçı direktoru Qəşəm Əskərli və digər tərəfdaş işəgötürən müəssisələrin nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bütün ölkədə olduğu kimi Şəki-Zaqatala iqtisadi rayonunda da peşə təhsilinin olduqca vacib rol oynadığını və regionu təmsil edən işəgötürənlərlə bu sahədə qarşılıqlı əməkdaşlığın çox əhəmiyyətli olduğunu qeyd edib. Konfrans zamanı həmçinin, peşə təhsili müəssisələrinin rəhbərləri təqdimatla çıxış edib, işəgötürənlərin təklifləri dinlənib, onları maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir