CNN -dən Azərbaycanın xalçaçılıq sənəti barədə YAYIMLAR

CNN -dən Azərbaycanın xalçaçılıq sənəti barədə YAYIMLAR

Məşhur “cnn.com” saytında Azərbaycanın xalçaçılıq sənətindən bəhs edən məqalə yayımlanıb.

“İNFONEWS” – un əldə məlumatına görə, “CNN Travel” bölməsində yer alan məqalədə qeyd olunub ki, Azərbaycanda “xalçam harada, yurdum orada”, yəni “xalçam haradadırsa, orda yaşayıram” deyirlər. Azərbaycanın xalçaçılıq sənəti tunc dövründən inkişaf edib və insanların gündəlik həyatının bir hissəsinə çevrilib. Burada evlərin, restoranların, mağazaların divarlarında, döşəmələrində müxtəlif xalçalara rast gəlmək mümkündür. Özünəməxsus hekayələri olan xalçaların toxunma texnikası nəsildən-nəslə ötürülür. 2010-cu ildən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Yazıda 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında Azərbaycan Milli Xalça Muzeyi üçün yeni bina inşa edilməsindən də bəhs olunub.

Məqalədə xalçaçılıq ənənələrini qoruyub saxlayan, həyatlarını ona həsr edən qadınları dəstəkləyən “Azərxalça” ASC-dən də danışılıb. 61 yaşlı Sevinc Hacıyeva CNN-ə bildirib ki, ona hələ 6 yaşından qardaşı xalça toxumaq öyrədib. S.Hacıyeva deyib ki, xalçaçılıq onun üçün təkcə sənət deyil, həm də ömür yoldaşıdır. İsmayıllı rayonundan olan Məleykə Abdullayeva və Nəcibə Pənahova da xalça toxumağa kiçik yaşlarından başladıqlarını və bu sənətə valeh olduqlarını bildiriblər.

Məqalədə xalçanın ərsəyə gəlməsi üçün keçilən mərhələlər də qeyd olunub. Müasir incəsənət rəssamı Faiq Əhməd Azərbaycan mədəniyyətində xalçaçılıqla xalqın tarixi, ənənələri, sosial həyatı, dini, iqtisadiyyatı və coğrafiyası arasında bağlılıq olduğunu bildirib. O, Azərbaycanın bəzi universitet və kolleclərində xalçaçılığın tədris olunduğunu əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir