FHN-dən sürücü vəzifəsinə işə qəbulla əlaqədar MÜSABİQƏ

FHN-dən sürücü vəzifəsinə işə qəbulla əlaqədar MÜSABİQƏ

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə sıravi və kiçik rəis heyəti üzrə sürücü vəzifəsinə sənəd qəbulu elan edir.

“İNFONEWS” – un Qurumun mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, “İşə qəbulla bağlı müsabiqə”də Bakı şəhəri və Abşeron rayonunda daimi qeydiyyatda olan, həqiqi hərbi xidmət keçmiş, 30 yaşı 2024-cü il yanvarın 10-dək tamam olmayan, boyu 170 santimetr və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə sahib və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verənölkə vətəndaşları iştirak edə bilərlər.

Əlavə məlumat üçün (012) 512-08-91, (012) 512-08-92 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir