Elmmetriya problemləri üzrə tədqiqatlar aparılır
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə tədqiqatlar aparılır.
“İNFONEWS” xəbər verir ki, bu barədə şöbə müdiri Mədinə Səidova institutun Elmi şurasının iclasında məlumat verib.
M.Səidova “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində saxta jurnalların identifikasiya metodlarının analiz olunduğunu, saxta jurnalların avtomatik identifikasiyası üçün alqoritmin, eyni zamanda, istinadlar şəbəkəsi əsasında müəlliflərin qiymətləndirilməsi üçün metodun işlənildiyini bildirib.