Türkiyədə vəfat edən əsgər anasının cənazəsi gətirilir

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyişməsi və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. 

“İNFONEWS”  xəbər verir ki, Azərbaycan Ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəyə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.

Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir