MDU-da imtahan müddətində “Açıq qapı” günləri təşkil olunacaq

MDU-da imtahan müddətində “Açıq qapı” günləri təşkil olunacaq

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası müddətində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

“İNFONEWS” -a MDU-dan verilən məlumatına görə, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2024-cü ilin yanvarın 9-da keçiriləcək.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir