Azərbaycan Yüksəliş Forumu fəaliyyətinə start verdi

Azərbaycan Yüksəliş Forumu fəaliyyətinə start verdi

“Yüksəliş” müsabiqəsi qaliblərinin təşəbbüsü ilə Azərbaycan Yüksəliş Forumu öz işinə başlayıb.

“İNFONEWS” xəbər verir ki, forumun məqsədi “Yüksəliş” müsabiqəsinin yaratdığı müsbət trendlərin müzakirəsi, onun davamlılığının təmin olunması və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələrin daha da inkişaf etdirilməsidir.

Forumda “Güclü Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələri aparılır.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldanə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir