” Dörd körpənin həyatını xilas etmək mümkün olmayıb”- Kamran Əliyev
Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.
“İNFONEWS” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb. Hadisə gecə baş verib. Aidiyyəti qurumlara məlumat verilib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək”, – deyə baş prokuror bildirib.