Xalq artisti unikal proqram təqdim edəcək -“KƏPƏNƏKSİZ OPERA”

Xalq artisti unikal proqram təqdim edəcək -“KƏPƏNƏKSİZ OPERA”

Fevralın 10-da Moskvanın “Gelikon-opera” musiqili teatrında Böyük Teatrın solisti, Azərbaycanın Xalq artisti Elçin Əzizov unikal proqram təqdim edəcək.

“İNFONEWS” xəbər verir ki, “Kəpənəksiz opera” adlı proqramda vokalçı repertuarındakı parlaq ariyaları ifa edəcək, həmçinin öz partiyaları üzərindəki yaradıcılıq işindən, görkəmli rejissor və dirijorlarla əməkdaşlığından söz açacaq.

Teatrın portalında yer alan məlumatda Elçin Əzizovun yaradıcılıq yolundan, onun məşhur “Bakılı oğlanlar” ŞHK komandasında fəaliyyəti, Zalsburq, Bakı və Moskvada vokal məktəbi keçməsi, nəhayət bu gün dünya opera səhnəsinin ən çox tələb olunan bariton olmasından söz açılır. Diqqətə çatdırılır ki, tanınmış vokalçı Böyük Teatrın səhnəsində İbn-Hakiə (P.Çaykovski, “İolanta”), Eskamilyo (J.Bize, “Karmen”), Qriqori Qryaznoy (N.Rimski-Korsakov, “Çar gəlini”), Skarpia (C.Puççini, “Toska”), Lesko (C.Puççini, “Manon Lesko”) və bir çox başqa partiyaların ifaçısıdır.

Elçin Əzizovu “Kəpənəksiz opera” proqramında Konstantin Çudovskinin dirijorluq etdiyi Dövlət Kreml Orkestri müşayiət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir