Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək və Azərbaycanın regional mərkəz kimi rolunu gücləndirəcək.
INFONEWS-un məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O deyib ki, yeni geosiyasi reallıq, Qarabağda böyük bərpa planları və regionda nəqliyyat əlaqələrinin açılması Azərbaycanda inkişaf və məşğulluğa töhfə verəcək.