Şəhidlərin əziz xatirəsinə həsr olunmuş qanvermə aksiyası təşkil olunacaq
“Arpaçay Karate Klubu” və “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin birgə təşkilatçılığı, İnclusive Organization Team və Mərkəzi Qan Bankının tərəfdaşlığı, həmçinin Bakı İdman Sarayının dəstəyi ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq.
“İNFONEWS”– un “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin mətbuat xidmətindən əldə edilən məlumatında bildirilib ki, aksiya “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil edilir.
Qanvermə aksiyası yanvarın 20-də, saat 10:00-dan 16:00-dək Bakı İdman Sarayında həyata keçiriləcək. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.