Görən kimə yadam, kimə doğmayam? – – Nihat İSKƏNDƏRLİ
“İNFONEWS” təqdim edir:
Görən kimə yadam, kimə doğmayam?
Görən kimə yadam, kimə doğmayam?
Kimin sözlərində tapım özümü?
Dərdimi böyüdüb dağ düzəltmişəm,
Çıxıb zirvəsindən atım özümü.
Qüssəyə doğmayam, sevincə yadam.
Çətin dərd içində özümü tapam.
Mən özü-özüylə yad olan adam,
Döyəndə tanımır qapım üzümü.
Dərd bölmək istəsən bölmək olmayır,
Ölmək istəyirsən ölmək olmayır,
Bu dünyaya bir də gəlmək olmayır,
Təzədən yoğurub yapım özümü.
Nihat İSKƏNDƏRLİ