Gürcüstanın Azərbaycana avtomobil ixracı rekord həddə çatıb

Gürcüstanın Azərbaycana avtomobil ixracı rekord həddə çatıb

2023-cü ildə Gürcüstan Azərbaycana 437,233 milyon ABŞ dolları dəyərində 22 393 ədəd avtomobil ixrac edib.

“İNFONEWS” xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında bildirilib ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128,72 milyon dollar və ya 41,72% artıb, sayı isə 8 059 ədəd və ya 26,46% azalıb. Statistikaya əsasən ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri son 10 ilin ən yüksək göstəricisidir.

2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoru olub. Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb. Gürcüstanın avtomobil ixracının 20.5% Azərbaycanın payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir