Çoxsaylı xəsarət alanlar var – Qazaxıstanda GÜCLÜ ZƏLZƏLƏ
Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub. Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələdən sonra 44 nəfər tibbi yardıma müraciət edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib.
Bir çox şəhər sakini kifayət qədər güclü təkan hiss etdikdən sonra evlərini tərk edib.
Respublika Fövqəladə Hallar Nazirliyinin Milli Elmi Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi 10-dan çox yeraltı təkan olduğunu bildirib.
“Bu səhər saatlarına kimi Almatıda müxtəlif formada yüngül və orta dərəcəli xəsarət alan 44 nəfər həkimə müraciət edib. Onlar şəhər xəstəxanalarına çatdırılıblar”, – məlumatda deyilib.
Həkimlər müayinədən sonra 8 nəfəri xəstəxanaya yerləşdirib, qalanları ambulator müalicəyə göndərilib.
Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.