“YARAT”da müasir incəsənətdə rəngkarlıq və teatr MÜZAKİRƏLƏRİ
“YARAT” Müasir İncəsənət Məkanının “ХХ-ХХI əsrlər Azərbaycan Rəngkarlığı” Muzeyində “Rəngkarlıq və teatr bu gün” mövzusunda müzakirə keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, rusiyalı sənətşünas, incəsənət tarixçisi Leonid Bajanov, gürcüstanlı teatr rejissoru, “Fabrika” teatrının yaradıcısı Robert Sturua iştirak ediblər.
İki saata yaxın davam edən müzakirə zamanı müasir incəsənətdə rəngkarlıq və teatrın vəziyyətindən danışılıb, həmçinin ekspertlər tamaşaçıların suallarını cavablandırıblar.
Tədbirin moderatoru qismində vizual sənət nəzəriyyəçisi Elçin Şamilli çıxış edib. O, teatr və rəngkarlıqda absurd, həyat faciəsi mövzusunu rəssam və rejissorun gözü ilə təsvir edib.
Görüş tamaşaçıların və gecənin qəhrəmanlarının səmimi qarşılıqlı maraq doğuran mühitdə keçib.