Demi Mur heyvanlara qarşı pis rəftar etməsində ittiham olundu

Demi Mur heyvanlara qarşı pis rəftar etməsində ittiham olundu

Hollivud aktrisası Demi Mur “Saturday Night Live” proqramının  şou-sonrası partisində iştirak edib. Ulduzun şəkilləri “Daily Mail” saytında paylaşılıb.

“İNFONEWS” “gazeta.ru” saytına istinadən xəbər verir ki, 61 yaşlı Demi Mur tədbirə qara vodolaz köynək, boz genişətəkli şalvar, tünd uzun palto və solğun mavi topuqlu ayaqqabılarla gəlib. Aktrisa geyimini “Schiaparelli”dən olan (saytın qeydinə görə, qiyməti 7,5 min dollardan baha olan) qara çantası ilə geyimini tamamlayıb. Tədbirə məşhur xanım Pilaf adlı çixuaxua ilə birlikdə təşrif buyurub. Aktrisanın bu hərəkəti ictimaiyyət tərəfindən bəyənilməyib. İnternet-izləyiciləri Demi Muru heyvanla pis davranmaqda günahlandırıblar.

“İtlər aksessuar deyil. Yalnız Peris Hilton, Britni Spirs və Demi Mur kimi yazıq insanlar bu şəkildə davranırlar”, “Yazıq it”, “Bu itə yazığım gəlir”, “Heyvanları aksessuar kimi götürən insanlara nifrət edirəm”, “Bu köpəyə elə bil  nə isə başqa şey yedizdirilib?”- internet izləyiciləri yazıblar.

“Saturday Night Live” şousunda Antonio Banderas, keçmiş həyat yoldaşı Melani Qriffit və Dakota Conson da iştirak ediblər. “Bozun 50 çaları” ulduzu isə payetlərlə bəzədilmiş qara “açıq-saçıq” uzun paltarda şouya qatılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir