Mədəniyyət naziri Salyanda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli fevralın 23-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Şirvan, Hacıqabul, Biləsuvar və Neftçaladan olan vətəndaşları qəbul edəcək.
“İNFONEWS” – un nazirlikdən əldə etdiyi məlumatında bildirilib ki, vətəndaşlar fevralın 19-dək Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin “[email protected]” elektron poçt ünvanı və (025) 295-15-82 telefon nömrəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.