Nazir Emin Əmrullayev Beyləqanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev fevralın 23-də Beyləqanda vətəndaşları qəbul edəcək.
“İNFONEWS” – un Nazirlikdən əldə etdiyi məlumatında bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.
Həmin rayonların sakinləri fevralın 14-də saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.