“Məşğulluğa dəstək layihəsi” – Pirallahıda İCTİMAİ DİNLƏMƏ

“Məşğulluğa dəstək layihəsi” – Pirallahıda İCTİMAİ DİNLƏMƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” ilə bağlı Bakının Pirallahı qəsəbəsində ictimai dinləmə keçirilib.

“İNFONEWS” – un Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə edilən məlumatına görə, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat çatdırılıb.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, “Məşğulluğa dəstək layihəsi” həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir