Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb

Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15 nəfərə çatıb.

“İNFONEWS”-ün xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 7 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub, 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir